Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Nigar Səfərova Gürcüstanda 1-2 aprel tarixində təşkil olunmuş 9-11 yaşlı uşaqlar arasında rəqs olimpiadasında uğurla iştirak edərək iki müxtəlif rəqs üzrə birinciliyə layiq görülüb.
   Nigar Gürcüstan Müasir və Estrada Rəqs Federasiyası tərəfindən medal və diplomla təltif olunub.