Aprelin 12-də Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin baş direktoru Halit Eren tərəfindən imzalanan sənəd türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi işinin daha mütəşəkkil formada aparılmasına zəmin yaradacaq. Memorandumda bir sıra ortaq layihələrin reallaşdırılması nəzərdə tutulur.