Aprelin 22-dən 27-dək Bakıda Polşa filmləri festivalı keçiriləcək. Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, “Bakı Visla Festivalı”nda altı film (“Cek Stronq”, “Tanrılar”, “Cinsimissiya”, “Bağlı dairə”, “İspan qripi”, “Sərhəddə”) nümayiş olunacaq.
“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək. Giriş pulsuzdur.