“Dərs” filmi növbəti festivalda
   
   Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Rusiyanın Samara şəhərində keçirilən 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq film festivalında iştirak edir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, aprelin 21-də başa çatacaq festivalda rejissor Rafiq Əliyev iştirak edir.
   “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.