Milli Televiziya və Radio Şurasında (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib.
İclasda Yayım Şurasının üzvləri tərəfindən İTV-nin baş direktorunun seçilməsi məsələsinə baxılıb. Yayım Şurasının qərarı ilə Cəmil Quliyev ikinci dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
Əməkdar incəsənət xadimi Cəmil Quliyev 2013-cü ildən İTV-nin baş direktorudur.