Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Xəyalpərəstlər” bədii filminin çəkilişləri başa çatıb. Bu haqda filmin icraçı prodüseri Nadir Əliyev məlumat verib.
O bildirib ki, çəkilişləri Bakıda aparılan filmin hazırda montaj işləri gedir. Güman ki, ekran əsəri ilin sonunda - Yeni il ərəfəsində nümayiş olunacaq. Çünki filmdəki hadisələr də elə Yeni il öncəsi hadisələri əks etdirir.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, Rüfət Həsənov, rejissoru Rüfət Həsənov, operatoru Elman Əliyev, rəssamı Sitarə İbrahimova, bəstəkarı Dinarə Hacıyevadır. Baş rolları Günəş Mehdizadə, Həsənağa Məmmədov oynayır. Digər rolları Emil Məcnunov, Tünzalə Qəhrəman, Teymur Məmmədov və başqaları canlandırıb. Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Lalə