Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 5-də paytaxtdakı Şuşa şəhər 1 saylı orta məktəbdə Həsrət adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş olunacaq.
Mayın 8-də isə Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Enurə Abdullayevanın Ağ qayıq tamaşasını təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları Dürdanə Dünyamalıyeva, Şükufə Musayeva, Azad Məmmədov, Nazir Rüstəmov və başqaları oynayır.