IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO iki mühüm tədbir keçirməkdən məmnundur. Hər iki tədbir məhsuldar müzakirələrlə başlandı.
Bu sözləri UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Naşif deyib.
O bildirib: "UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirir və təşkilatdan 25 nəfər nümayəndə buradadır".
Nada Əl-Naşif IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunu problemlərin həlli yolunda mühüm bir fürsət kimi qiymətləndirib.