Ma­yın 3-də Ni­ya­zi­nin mən­zil-mu­ze­yin­də gör­kəm­li bəs­tə­kar, Xalq ar­tis­ti, Döv­lət mü­ka­fa­tı lau­rea­tı Cöv­dət Ha­cı­ye­vin 100 il­li­yi­nə həsr edi­lən təd­bir ke­çi­ril­di.
   A­zər­bay­can Mu­si­qi Mə­də­niy­yə­ti Döv­lət Mu­ze­yi­nin di­rek­to­ru, Əmək­dar mə­də­niy­yət iş­çi­si Al­la Bay­ra­mo­va təd­bi­ri aça­raq bəs­tə­ka­rın ya­ra­dı­cı­lıq yo­lun­dan da­nış­dı. Qeyd et­di ki, pro­fes­sor Cöv­dət Ha­cı­yevin mil­li sim­fo­niz­min tə­şək­kül tap­ma­sın­da, in­ki­şaf et­di­ril­mə­sin­də xü­su­si ro­lu olub. O, Ba­kı­da Mu­si­qi Tex­ni­ku­mun­da oxu­yub, son­ra Mosk­va­da ali mu­si­qi təh­si­li alıb. Onun ya­ra­dı­cı­lı­ğı Ü.­Ha­cı­bəy­li və D.Şos­ta­ko­viç ənə­nə­lə­ri­nin üz­vü sin­te­zi zə­mi­nin­də for­ma­la­şıb.
   A­zər­bay­can Bəs­tə­kar­lar İtti­fa­qı­nın ka­ti­bi, Əmək­dar in­cə­sə­nət xa­di­mi Zem­fi­ra Qa­fa­ro­va bil­dir­di ki, C.Ha­cı­yev Azər­bay­ca­nın mu­si­qi mə­də­niy­yə­ti ta­ri­xin­də şə­rəf­li yer tu­tan bö­yük şəx­siy­yət­lər­dən­dir. Onun bən­zər­siz ya­ra­dı­cı­lı­ğı yük­sək və­tən­daş­lıq qa­yə­si və də­rin es­te­tik məz­mu­nu ilə sə­ciy­yə­lə­nib. Us­tad sə­nət­kar öl­kə­miz­də pro­fes­sio­nal bəs­tə­kar­lıq mək­tə­bi üçün ye­ni mu­si­qi­çi­lər nəs­li­nin ha­zır­lan­ma­sı sa­hə­sin­də də təq­di­rə­la­yiq fəa­liy­yət gös­tə­rib. 
   Çı­xış­lar­dan son­ra sə­nət­ka­rın oğ­lu - Əmək­dar in­cə­sə­nət xa­di­mi, bəs­tə­kar İs­ma­yıl Ha­cı­yev çı­xış edə­rək təd­bi­rin təş­ki­lat­çı­la­rı­na və iş­ti­rak­çı­la­ra də­rin tə­şək­kü­rü­nü bil­dir­di. 
   Son­ra söz mu­si­qi­yə ve­ril­di. Bəs­tə­ka­rın əsər­lə­rin­dən iba­rət kon­sert proq­ra­mı ma­raq­la qarşılandı.
   
   S.Fərəcov