İslam Həmrəyliyi Oyunları ərəfəsində işıq üzü görüb
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - “Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb.
Paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində çapdan çıxan kitabçada ölkəyə gələn qonaqların ünsiyyət zamanı - yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr müxtəlif tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb. Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami əl-Aydidir.