Mayın 21-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində, Bruklin rayonundakı “Master” teatrının binasında II “Qafqaz irsi” festivalı keçiriləcək. Festival Bruklin meri Erik Adamsın dəstəyi ilə Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunacaq. Tədbirdə azərbaycanlı müğənni Xəyyam Nisanov, skripka ifaçısı Ceyhun İsmayılov, “Pesvebi” gürcü mədəniyyət mərkəzinin kollektivi və digər musiqiçilər çıxış edəcəklər.