18 may - Beynəlxalq muzeylər günü ilə əlaqədar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi məktəblilər üçün Bakı muzeyləri ilə tanışlıq ayı təşkil edib. Bu çərçivədə “Muzeylər və islam həmrəyliyi proqramı üzrə muzey ayı” adı altında ekskursiyalar təşkil edilir. 
   Proqram əsasında Xətai, Nizami, Nərimanov, Nəsimi rayonu məktəbliləri M.S.Ordubadinin xatirə muzeyində olub, ədibin həyat və yaradıcılığı ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Muzeyin əməkdaşları şagirdlərə Ordubadinin əsərləri, eksponatlar haqqında ətraflı məlumat veriblər. 
   Qeyd edək ki, proqram artıq 3-cü ildir Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə keçirilir. 
   
   Lalə