Mayın 12-dən 14-dək Türkiyənin Ərzurum şəhərində Atatürk Universiteti və Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə Beynəlxalq türk dili və ədəbiyyatı bilgi şöləni keçirilib. 
   Tədbirə müxtəlif ölkələrdən 200 nümayəndə qatılıb. Ölkəmizi bu şöləndə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli təmsil edib. Alim “Əhməd Yəsəvinin “Divan-i hikmət” əsərində əski türk sözləri” mövzusunda çıxış edib.
   Tədbirdə ümumilikdə 43 panel iclası keçirilib, müxtəlif türk xalqlarının ədəbiyyatı və dilləri ilə bağlı 200 məruzə dinlənilib. 

   S.Qaliboğlu