Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin təşəbbüsü ilə italyan dili ixtisasında təhsil alan tələbələr üçün ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət fənni üzrə “Mədəni irsin qorunması” mövzusunda seminar keçirilib. Seminarı Mədəniyyət və Turizm Nazirliyi ilə Tvinninq layihəsi çərçivəsində əməkdaşlıq edən təlimçi Paolo Giorgio Ferri aparıb. İtalyan mütəxəssis ölkəsinin müxtəlif universitetlərində “Mədəni irsin qeyri-qanuni daşınması” mövzusunda mühazirələr deyir.
O, mədəniyyət abidələrinin oğurlanması, onların qeyri-qanuni daşınması və satışı, ölkəyə geri qaytarılması üçün tətbiq olunan qanunlar, hüquq sistemində bu sahə ilə bağlı İtaliya təcrübəsinə əsaslanan işlər haqqında tələbələrə məlumat verib.