Parisdə 28 May - Respublika Günü münasibətilə “Azərbaycana səyahət” adlı fotosərgi açılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, sərgi Azərbaycanın Dostları Assosiasiyası və Paris Azərbaycan Evinin birgə təşəbbüsü ilə təşkil olunub. Tədbirdə Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış ediblər.
Sərgidə Azərbaycan fotoqrafları Vüqar İbadov, Etibar Cəfərov və Kərim Abbasovun fotoları nümayiş etdirilir. Fotolar əsasən Azərbaycanın rəngarəng təbiətini, zəngin memarlıq abidələrini əks etdirir.
Sərgi mayın 31-dək davam edəcək.