Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda 2017-ci il mayın 5-6-da keçirilən IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfəri çərçivəsində dövlət başçısı ilə görüşünə görə minnətdarlığını ifadə edib. 
   DDT-nin baş katibi həmçinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyinə görə Prezidentə minnətdarlığını bildirib: “Bu orden mənə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 11-12-də Madriddə Azərbaycanın mədəniyyət və turizm nazirinin sədrliyi ilə uğurla keçirilən 105-ci sessiyasında təqdim edildi”.
   Taleb Rifai Azərbaycan Prezidentini qarşıdan gələn milli bayram - Respublika Günü münasibətilə təbrik edib, ölkəmizə əmin-amanlıq və firavanlıq diləyib.