Görüş iştirakçıları layihələri və yaradıcılıq planları haqqında nazirə məlumat veriblər
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Gənc sinemaçılar klubu”nun üzvləri ilə görüşüb.
Nazir yeni yaradılan klub üzvlərinin fikirlərini dinləyib, Azərbaycan kinosunun mövcud vəziyyəti, perspektivləri ilə bağlı mülahizələrini bölüşüb, bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb. Gənc kinematoqrafçılar nazirə layihələri və yaradıcılıq planları haqqında məlumat veriblər.
Qeyd edək ki, “Gənc sinemaçılar klubu” kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlunun təşəbbüsü ilə təsis edilib. “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, klubun üzvləri Azərbaycanda və xaricdə profil üzrə təhsil almış iddialı gənc kinematoqrafçılardır.