Beynəlxalq muzeylər günü münasibətilə Bülbülün memorial muzeyində "Şuşada susan eksponatlar" adlı sərgi keçirilib.
Tədbirdə məlumat verilib ki, 1983-cü il iyulun 29-da Bülbülün vətəni Şuşada onun ev-muzeyinin təntənəli açılışı olub. 1992-ci il mayın 8-də Şuşa işğal olunandan sonra bu muzey də düşmən tərəfindən qarət edilib.
"Şuşada susan eksponatlar" adlı sərgi sənətkarın Şuşadakı ev-muzeyindən qarət edilmiş eksponatlara həsr olunmuşdu. Gün ərzində Bülbülün ev-muzeyinin Şuşanın işğalından öncəki görüntülərinin yer aldığı sənədli filmlər də nümayiş etdirilib.