Daşkəndin Dəmiryol və Nəqliyyat Kollecində “Xalqların adət-ənənələri” adlı festival keçirilib. Tədbirdə Daşkənddəki milli mədəniyyət mərkəzləri öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini nümayiş etdiriblər.
Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətindən bəhs edən nəşrlər, suvenirlərimiz nümayiş etdirilib.
Mərkəzin “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib. Ansambl festivalın diplomu ilə təltif olunub.