İyunun 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-də görkəmli şair Mirzə Ələkbər Sabirin (1862-1911) 155 illiyi ilə əlaqədar ədəbi kompozisiya təqdim olunub.
MKS-nin direktoru Oruc Quliyev, BDU-nun müəllimi, sabirşünas alim Alxan Bayramoğlu, şair Zərəngiz Qayalı, digər çıxış edənlər Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığından söz açıblar.
261 nömrəli orta məktəbin, 28 nömrəli Laçın orta məktəbinin və Humanitar liseyin şagirdlərinin ifasında kiçik səhnəcik və şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.
Şairin nəvəsi, BDU-nun dosenti Sevda Tahirzadə tədbirin təşkilinə görə kitabxananın kollektivinə təşəkkür edib.