Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş “Hacı Zeynalabdin Tağıyev xatirələrdə” kitabı nəşr olunub.
   Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, nəşrdə H.Z.Tağıyev haqqında onun müasirləri olmuş insanların xatirələri və oçerkləri verilib.
   Kitabın tərtibçisi, şərhlərin müəllifi muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur. Yeni kitab 2013-cü ildə F.Cabbarovun tərtib etdiyi H.Z.Tağıyev haqqında xatirələr toplusunun ikinci, təkmilləşdirilmiş nəşridir.