Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində müqəddəs Ramazan ayı münasibətilə Məhəmməd Peyğəmbər (s.ə.s.) haqqında dünyada ən böyük kitab nümayiş etdirilir.
Çəkisi 1,5 ton olan kitaba 30 alimin əsəri daxil edilib. Kitabı ərsəyə gətirmək, o cümlədən içərisindəki mətni yazmaq üçün 300 işçi dörd il ərzində onun üzərində çalışıb.
Kitab 22 beynəlxalq və yerli mükafata layiq görülüb, habelə “Ginnesin rekordlar kitabı”nda fəxri yer tutub.