Rusiyanın NTV kanalında yayımlanan “Aleksey Ziminlə bişiririk” verilişinin növbəti buraxılışında Azərbaycan mətbəxinin təamları təqdim edilib.
Verilişin aparıcısı, tanınmış rusiyalı jurnalist Aleksey Zimin tamaşaçılarına dovğa, səbzili bulqur və qozlu şirin mütəkkənin bişirilmə qaydalarını öyrədib. NTV kanalının geniş auditoriyaya malik verilişinin tamaşaçıları ev şəraitində, öz mətbəxlərində ləziz xörəklərin hazırlanmasını addımbaaddım izləyir, kulinariyanın sirlərini öyrənirlər.