2011-2015-ci illərdə Moskvadakı Qorki adına Mərkəzi mədəniyyət və istirahət parkının direktoru olmuş Olqa Zaxarova yeni bir layihənin reallaşdırılması - Bakıdakı Dənizkənarı bulvarın inkişaf konsepsiyasının hazırlanması ilə məşğul olacaq.
Onun direktoru olduğu dövrdə Qorki adına park turistlərin ən çox xoşladığı yerlərdən birinə və öz xərcini çıxaran müəssisəyə çevrilmişdi.
O.Zaxarova deyib: “Bakıda işləmək mənim üçün ciddi çağırışdır. Bakının yeni əsas məkanının konsepsiyasının və təməl prinsiplərinin hazırlanması üzrə intensiv iş nəzərdə tutulur. Əsas vəzifə bu ölkənin ictimai məkanının standartını yaratmaq, lokal təşkilatların potensialını üzə çıxarmaq, yerli biznesi bu layihənin işlənib hazırlanmasında iştiraka və əməkdaşlığa ruhlandırmaqdır”.