Danimarkada yaşayan azərbaycanlıların “Vətən” cəmiyyəti Kopenhagen şəhərində İnteqrasiya günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
Tədbirin keçirildiyi məkanda “Vətən” cəmiyyəti tərəfindən qurulan Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini və bugünkü inkişafını əks etdirən kitablar və broşürlər, şirniyyatlarımız təqdim edilib. Cəmiyyətin nümayəndələri qonaqlara ölkəmiz barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
“Vətən” cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışları iştirakçıların böyük marağına səbəb olub.
İnteqrasiya gününün keçirilməsində məqsəd Danimarkada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları tərəfindən öz ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini ölkə əhalisinə təqdim etməkdir.