Dünya xalça sənətinə həsr olunmuş “Discover Carpet Art” saytında (www.discovercarpetart.org) Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan xalça və xalça məmulatları və muzeyin fəaliyyəti haqqında məlumat dərc olunub.
Yazıda muzeyin fəaliyyəti və kolleksiyası haqqında geniş məlumatı diqqətə çatdırır. Bildirilir ki, 2006-cı ildə muzeyə ayrılmış yeni binada əsaslı təmir işləri başlanıb və 2009-cu ildə yeni ekspozisiyanın açılışı olub. 2011-ci ildə muzeyə Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatası (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının qərarı ilə “Avropa muzey standartı” (EUMS) statusu verilib.
Saytda həmçinin muzeydə qorunan nadir eksponatların tarixi haqqında da məlumat verilir, milli sənət nümunələri ilə yanaşı, Qərbi Avropa və Şərqin bədii tarixinin də bu məkanda əks olunduğu vurğulanır.