On bir ayın sultanı, Quran-Kərimin nazil olduğu müqəddəs Ramazan ayı iyunun 25-də başa çatır. 26-27 iyun tarixində ölkəmizdə Ramazan bayramı qeyd olunacaq.
Bakıda Ramazan bayramı namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzəpir məscidində qılınacaq.