İran-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir və bu münasibətlər gələcəkdə daha intensiv xarakter alacaq.
Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, bu günlərdə İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi dostluq və qardaşlığımıza bariz nümunədir.
Diplomat, həmçinin məlumat verib ki, gələn həftə İranın müxtəlif mətbuat orqanlarını təmsil edən bir qrup jurnalist Azərbaycana səfər edəcək. Kütləvi informasiya vasitələrinin nümayəndələri Bakıda və rayonlarda turizm potensialı, sənaye müəssisələri və tarixi abidələrlə tanış olacaqlar. Bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edən C.Cahangirzadə deyib ki, mətbuat hər iki ölkənin ictimaiyyətini qarşılıqlı surətdə məlumatlandırmaq baxımından əvəzsiz vasitədir.