Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva Qazaxıstan Milli İncəsənət Universitetində keçirilən “Böyük İpək yolu: Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqələri” II Forumunda iştirak edib.
   İpək Yolu ölkələrinin musiqi və incəsənət tədris ocaqlarının təmsil olunduğu tədbirdə F.Əliyevanın “İncəsənət ali təhsil müəssisələrinin təcrübəsində - musiqi irsinin davamlılığı” mövzusunda məruzəsi dinlənilib. Forumda ənənəvi milli mədəniyyətin, ali incəsənət təhsili müəssisələrinin təcrübə, musiqi irsinin qorunub saxlanılması, inkişafı və digər məsələlər müzakirə edilib.
   Səfər çərçivəsində ADMİU-nun rektoru Qazaxıstan Milli İncəsənət Universiteti ilə tanış olub. İki ali təhsil ocağı arasında elm və tədqiqat sahəsində müəllim və tələbələrin birgə əməkdaşlığı, qarşılıqlı kadr hazırlığı, təcrübə mübadiləsinin aparılması haqqında müqavilə imzalanıb.