Tbilisidə “Muzeylərdə inklüziv proqramlar - inklüziv muzey” mövzusunda regional seminar keçirilib. 24-26 iyun tarixində Gürcüstan Milli Muzeyi və Tbilisi Dövlət İncəsənət Akademiyasının birgə əməkdaşlığı ilə gerçəkləşən seminarı Beynəlxalq Muzeylər Şurası - İCOM-un Təhsil və Mədəniyyət Fəaliyyətinin (CECA) eksperti, professor Marie-Clarte O’Neill aparıb.
   Tədbirə Azərbaycan Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Firəhnaz Musayeva, Ülkər Hümmətova və Emin Dadaşov qatılıb.
   Sessiyalarda muzeylərdə inklüzivlik prinsipləri, eksklüziv muzeylər, inklüziv muzeylər və sərgilər, sərgilərdə inklüziv prinsiplərin reallıqda tətbiq olunması və s. mövzular haqqında müzakirələr aparılıb.