“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr ediləcək. Layihənin qonağı tanınmış fotoqraf Elmar Mustafazadə olacaq. 
   İyulun 31-də keçiriləcək tədbirdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, bu sahəyə dair məsələlər müzakirə ediləcək. Tədbirdə iştirak sərbəstdir.
   Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan E.Mustafazadə yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. O, 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olur. Azərbaycan Fotoqraflar Birliyinin “İlin debütü - 2011” mükafatına layiq görülüb.