İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında işçilərin ən çox vergi ödədiyi ölkə Belçikadır. Belçikada işləyən şəxslər qazandıqları pulun 54 faizini vergi və fondlara üzvlük haqqı şəklində dövlətə ödəyirlər.
   İkinci və üçüncü yerləri Almaniya və Macarıstan tutur. Almaniyada işçilər öz qazandıqlarının 49,4 faizini, Macarıstanda isə 48,2 faizini dövlətə qaytarırlar (mənbə - vergiler.az saytı).
   2017-ci ilin məlumatına əsasən, vergi yükü nisbətən aşağı olan ölkələrin siyahısında Polşa (35,8 faiz), İrlandiya (27,1 faiz) və İsveçrənin (21,8 faiz) adı gəlir. ABŞ (31,7 faiz), Avstraliya (28,6 faiz) və İsrail də (22,1 faiz) vergilərin az olduğu ölkələr sayılır. 
   Ən az vergi tutan üzv ölkələrin siyahısının sonunda Meksika (20,1 faiz), Yeni Zelandiya (17,9 faiz) və Çili (7 faiz) gəlir.