Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri”nin II cildi “Elm” nəşriyyatında çapdan çıxıb.
Kitabda müəllifin türkologiya sahəsində irihəcmli araşdırmaları toplanıb. Nəşrə “Orxon dastanlarının şeir sənətkarlığı”, S.Kramerin “Tarix Şumerdə(n) başlayır”, Mikayıl Baştunun “Şan qızı dastanı”, Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqında yazılar, habelə alimin “Türklər üçün ortaq ünsiyyət dili” adlı monoqrafiyası daxil edilib.
Kitabın redaktoru akademik Nizami Cəfərovdur.