İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb.
Mərasimdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova və şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dili və əlifbasının tarixindən və zənginliyindən söz açıblar.
Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.