İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri Əsgər Farsi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
Qonaq səfirliyin adından kitabxanaya 250 kitab hədiyyə edib. Kitablar MEK-in akademiklər zalındakı diplomatik guşədə İran səfirliyi üçün ayrılan bölməyə yerləşdirilib.
Kitabxananın direktoru Leyla İmanova bu addımı ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib, hədiyyə olunan nəşrlərin bir neçəsinin kitabxananın “Milli rəqəmsal yaddaş” bazasına daxil ediləcəyini söyləyib.