Prezident İlham Əliyevin 12 avqust tarixində imzaladığı sərəncamla məşhur xanəndə, respublikanın Xalq artisti Alim Həmzə oğlu Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Dövlət başçısının 11 avqust tarixli sərəncamı ilə görkəmli teatr rejissoru, Xalq artisti Azərpaşa Zəfər oğlu Nemətov Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, avqust ayında Alim Qasımovun 60, Azərpaşa Nemətovun 70 yaşı tamam olub.