Avqustun 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbir “Hip-hop” rəqsinə həsr ediləcək.
   Proqramın rəhbəri “NERO” rəqs studiyasının direktoru, eyniadlı şou baletinin rəhbəri Emin Hüseynov olacaq. Proqramın əsas məqsədi müasir incəsənəti “Hip-hop” rəqsi prizmasından nəzərdən keçirməkdir. Birhəftəlik düşərgə zamanı 10-21 yaşlı iştirakçılar “YARAT”da nümayiş olunacaq “Qazaxıstan üzərində günəş və neonlar” qrup sərgisi əsasında rəqs çıxışı hazırlayacaqlar.
   İştirakçıların hər hansı bir rəqs üzrə təcrübələrinin olması vacib deyil.