Belarusun Brest Dövlət Texniki Universiteti ilə Mingəçevir Turizm Kolleci arasında uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalanıb. Kollecin direktoru, professor Əyyub Əyyubov bildirib ki, yeni razılaşmaya əsasən, Mingəçevir Turizm Kollecində iki il təhsil almış tələbələr Brest Dövlət Texniki Universitetində 3-cü kursdan təhsillərini davam etdirə biləcəklər. Hazırda kollec tələbələrinin Belarusun ali məktəbinin yuxarı kursunda təhsillərini davam etdirməsi məsələləri üzərində müzakirələr aparılır. Bu məsələ nəqliyyatda daşımaların təşkili, reklam işi, dizayn və mühasibat uçotu ixtisasları üzrə təhsil alan tələbələrə şamil olunacaq.
Kollecin direktoru qeyd edib ki, bu mövzuda Belarusun Polotsk Dövlət Universiteti ilə də danışıqlar aparılır. Əgər razılaşma əldə olunsa, Mingəçevir Turizm Kollecinin turizm ixtisasları üzrə təhsil alan tələbələri həmin ali məktəbə müraciət edə biləcəklər.