2011-ci ilin ən məşhur türk filmi olmuş “Kaybedenler kulübü”nün ikinci hissəsi çəkilir.
Türkiyə mətbuatının məlumatına görə, Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkiləcək film bu dəfə “Kaybedenler kulübü yolda” adlanacaq.
Oktyabrda çəkilişləri başlanacaq filmdə baş rolları aktyorlar Nejat İşler və Yiğit Özşener oynayacaqlar.
Xatırladaq ki, 2011-ci ildə ekranlara çıxan film işçi heyətə 25 həftəyə təxminən 5 milyon lirəyə yaxın pul qazandırmışdı.