Azərbaycan əsilli rejissor Rodion İsmailovun “Plaskart” sənədli filmi Avstriyada keçirilən “Der Neue Heimatfilm” (“Vətən haqqında yeni film”) kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyası üzrə qalib adını qazanıb.
Avqustun 23-dən 27-dək Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş etdirilib. Bu il ən yaxşı sənədli ekran işi “Plaskart” filmi olub. Moskva-Vladivostok qatarında çəkilən film Rusiya vətəndaşlarının çoxmillətliliyini və müxtəlifliyini göstərir.