“YARAT” Müasir İncəsənət Mərkəzində yay düşərgəsi layihəsi çərçivəsində növbəti tədbir “Hip-hop” rəqsinə həsr edilib.
   Proqramın rəhbəri “NERO” rəqs studiyasının təsisçisi və direktoru, eyniadlı şou baletinin rəhbəri Emin Hüseynov olub. İştirakçıları mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb. 
   Proqramın əsas məqsədi müasir incəsənəti “Hip-hop” rəqsi prizmasından nəzərdən keçirməkdir. Düşərgə zamanı iştirakçılar “YARAT”da nümayiş olunacaq “Qazaxıstan üzərində günəş və neonlar” qrup sərgisi əsasında rəqs çıxışı hazırlayacaqlar. 10-21 yaşlı iştirakçıların qatıldığı proqram sentyabrın 1-dək davam edəcək.