Sentyabrın 17-də Los-Anceles şəhərində Amerika Televiziya Akademiyasının “Emmi” mükafatının sayca 69-cu təqdimat mərasimi keçirilib.
İlin “Ən yaxşı dramatik serial” nominasiyası üzrə “Xidmətçinin nağılları” qalib gəlib. Serial Marqaret Etvudun 1985-ci ildə nəşr edilmiş eyniadlı kitabı əsasında çəkilib.
Serialda baş rolu ifa edən Elizabet Moss “Ən yaxşı dram aktrisa”sı nominasiyasında qalib olub. Həmçinin ekran əsəri “Ən yaxşı serial rejissoru və ssenarisi” mükafatı ilə təltif olunub.
“Ən yaxşı dram aktyoru” mükafatını “Bu, bizik” serialında rol alan Sterlinq Braun qazanıb.
“Ən yaxşı komediya” nominasiyası üzrə yenidən baş rolda Julia Louis-Dreyfusun iştirak etdiyi “Vitse-prezident” qalib olub. J.Louis-Dreyfus isə sayca altıncı dəfə «Ən yaxşı komik aktrisa» mükafatına layiq görülüb.
“Ən yaxşı komik aktyor” nominasiyasında “Atlanta” serialında rol alan Donald Qlover mükafatlandırılıb.
“İlin ən yaxşı mini serialı” “Böyük kiçik yalan” seçilib. Həmin serialda çəkilən Nikol Kidman isə “Ən yaxşı aktrisa” mükafatını qazanıb.
“Komediya serialında ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Saturday Night Live” şousunda Prezident Donald Trampı parodiya etdiyinə görə aktyor Alek Bolduin mükafata layiq görülüb.
İlona