“Çölçü” “Qızıl tülkü”yə layiq görülüb
   
   Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində beynəlxalq Cult film festivalının (Calcutta International Cult Film Festival) “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub.
   “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.
   Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumlarda nümayiş olunub, müxtəlif mükafatlar qazanıb.