25-29 sentyabr tarixində Belarusun paytaxtı Minskdə 2-ci “Euroasia.doc” MDB ölkələrinin sənədli filmlər festivalı keçirilib.
Festivalda ölkəmizi rejissor Cavid İmamverdiyevin “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkdiyi “Qürbətdə qalmış məzar” filmi təmsil edib.
Sovet İttifaqı Qəhrəmanı, polkovnik Həbibulla Hüseynova həsr olunmuş film “İnsan taleyi” nominasiyasında mükafata layiq görülüb.