Məşhur Hollivud aktyoru Leonardo Di Kaprio yeni filmdə Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti (1901-1909) Teodor Ruzvelti canlandıracaq. Məşhur rejissor Martin Skorsezenin çəkəcəyi filmin ssenari müəllifi Skott Blumdur.
   Qeyd edək ki, Leonardo Di Kaprio indiyədək Martin Skorsezenin “Aviator” (2004), “Dönüklər” (2006), “Uoll-stritli canavar” (2013) filmlərində rol alıb.
   “Oskar” mükafatçısı aktyor son dövrlər ekoloji problemlərin həllinə xüsusi diqqəti ilə də gündəmə gəlir. Məlumat verilir ki, “Di Kaprio Fondu” 2017-ci ildə bu sahəyə 20 milyon dollar məbləğində qrant ayırıb. Bu vəsait ABŞ, Braziliya, Keniya daxil olmaqla müxtəlif ölkələrdən olan 100-dən çox təşkilata verilib.
   Aktyorun sözlərinə görə, bu layihələri dəstəkləməkdə məqsədi milyonlarla insanı işlə təmin etmək, hər bir insanı təmiz hava və içməli su uğrunda mübariz olmağa səsləməkdir. 
   
   İlona