Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 12-də Qazaxda keçirilən seminar-müşavirə zamanı E.Hüseynov adına Mərkəzi kitabxana “Açıq kitabxana” layihəsi çərçivəsində Mədəniyyət mərkəzinin qarşısında kitab sərgisi təşkil edib.
Tədbirə qatılan Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev “Açıq kitabxana” layihəsinin əhəmiyyətini qeyd edib. Sərgidə müxtəlif başlıqlı stendlərdə 260 nüsxədən çox kitab nümayiş olunub.