Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Məkkə və Mədinə şəhərlərində müəyyən müqəddəs məkanlarda ibadətə maneçilik törədən foto və video çəkilişini qadağan edib.
Buna məhəl qoymayan ziyarətçilər qanun pozuntusuna görə cərimələnəcək, onlardan istifadə etdikləri cihazlar alınacaq. Qadağa, həmçinin media nümayəndələrinə də aid edilib.
Bildirilir ki, məqsəd müqəddəs məkanları qorumaq və təhlükəsizliyi təmin etməkdən ibarətdir.