Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, qurumun sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova, birinci katib, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qalibləri təbrik edib, onlara uğur arzulayıblar.
Müsabiqədə birinci yeri tutan olmayıb. Digər yerlərin sahiblərinə mükafatlar təqdim edilib.
“Şükriyyə taleyim”, “Bakının su əfsanəsi”, “Qara qızıl” ssenarilərinin müəllifləri Cavid Zeynallı, Rəşad Şükürov, Seyram Əmirov ittifaqın rəhbərliyinə və münsiflər heyətinə təşəkkürlərini bildiriblər.