İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri və Bakı Turizm Peşə Məktəbinin şagirdləri üçün "Turizm obyektlərində xidmət işinin təşkili" mövzusunda treninq keçirilib.
Treninqin keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsidir. Treninqdə gənclərə hotel və restoranlarda xidmət qaydaları, xidmətin keyfiyyətinin ölçülməsi meyarları, müştəri məmnunluğuna nail olunması və s. barədə ətraflı məlumat verilib.