Prezident İlham Əliyev dekabrın 19-da Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memarın təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, iki nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, iki nəfərə “Əməkdar memar” fəxri adı verilib, daha iki nəfər “Şöhrət” ordeninə layiq görülüb. Bir qrup memar “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin dekabrın 19-da imzaladığı digər iki sərəncamla ölkəmizdə musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif ediliblər.